mikrobiologiya

PPTX 39 pages 4.1 MB Free download

Page preview (5 pages)

Scroll down 👇
1 / 39
презентация powerpoint mikrobiologiya saa: heydər ramil məcid qrup: 619a-1b müəllim: adil bayramov sərbəst iş: virus hepatitlərin mikrobioloji diaqnostikası hepatit viruslar hepatit qaraciyərin iltihabi xəstəliyidir (latınca. hepar-qaraciyər ). hepatitlərin etioloji amilləri müxtəlifdir. onların arasında mikroorqanizmlər, xüsusən viruslar mühüm yer tutur. virus hepatitləri bütün dünya əhalisi arasında geniş yayılmışdır. onlar enteral a və e, parenteral · b, c, d, g və s. hepatitlərinə bölünür. taxsonomik cəhətdən hepatit virusları rnt və dnt tərkibli virusların müxtəlif fəsilələrinin nümayəndələri olsa da, onların hamısını ümumi bir xüsusiyyət - hepatotropluq xüsusiyyəti birləşdirir. hepatit virusları enteral parenteral a e b c d g a hepatit virusu a hepatiti (infeksion sarılıq) çox qədimdən məlum olan xəstəliklərdəndir. əvvəllər enterovirusların 72-ci serotipi kimi təsnif edilən a hepatit virusu (ahv) hazırda picornaviridae fəsiləsinin hepatovirus cinsinə aid edilmişdir. ahv 1973 cü ildə s. feynston tərəfindən kəşf edilmişdir. xüsusiyyətləri. ahv quruluşuna görə, digər pikornaviruslara oxşayır. rnt tərkibli, sadə quruluşlu, 27-32 nın diametrli, sferik formalıdır, …
2 / 39
bəyi xəstə insanlardır .yoluxma fekal-oral mexanizmlə - virusla kontaminasiya olunmuş su, qida məhsulları, məişət əşyaları, çirkli əllər vasitəsilə baş verir .sarılıqdan əvvəlki və sonrakı iki həftə müddətində virus nəcislə xariç olunduğundan bu- dövrdə xəstə ətraflardakılar üçün daha çox təhlükəlidir. sarılıq başlayan andan etibarən virusların xaric olunma intensivliyi azalır. i̇nfeksiya mənbəyi və yoluxma yolları orqanizmə enteral yolla daxil olmuş virusun ilkin reproduksiyası bağırsaqlarda baş verir. virus hepatotropizmə malikdir, qapı venası ilə qaraciyərə daxil olaraq orada çoxalır. sitotokşik t-limfositlorin yoluxmuş hepotositlərlə qarşılıqlı təsiri sonuncuların lizisi ilə nəticələnir, qanda transferazaların və biluribinin miqdarı artır. xəstəliyin gizli dövrü 10-50 gün, orta hesabla 25-30 gündür. xəstəlik hərarətin yüksəlməsi (380 c və daha çox), dispeptik pozğunluqlar (ürəkbulanma, qusma və s.) ilə kəskin başlayır. birinci həftənin sonlarına yaxın sarılıq müşahidə edilir. uşaqlarda adətən simptomsuz gedişə malik olan a hepatiti yetkin şəxslərdə ağır gedişli olur. 2-3 həftə davam edən xəstəlik sağalma ilə nəticələnir. a hepatitinin patogenezi və klinik …
3 / 39
titi virusu əleyhinə i̇gm anticisimlərinin təyini diaqnozu təsdiq edir. 11 müalicə. etiotrop müalicə preparatları olmadığından simptomatik müalicə aparılır. profilaktika. qeyri-spesifik profilaktika tədbirləri bağırsaq infeksiyalarında olduğu kimidir. spesifik passiv profilaktika üçün epidemioloji göstərişlərə əsasən immunoqlobulin tətbiq edilir. i̇mmunitet 3 aya qədər davam edir. spesifik aktiv profilaktika üçün inaktivləşdirilmiş, konsentrasiyalaşdırılmış kultural vaksin, eləcə də rekombinant vaksin hazırlanmışdır. b hepatit virusu b hepatit virusu (bhv) dnt-tərkibli virusların hepadnaviridae fəsiləsinin orthohepadnavirus cinsinə daxildir. i̇lk dəfə l970-ci ildə deyn tərəfındən kəşf edilmiş və «deyn hissəciyi» adını almışdır. bhv mürəkkəb quruluşlu dnt-tərkibli sferik formalı virus olub, diametri 42 nm-dir (59in 28.2). virusun səthi ' lipid qişasındada hbs–antigen yerləşmişdir. virionun 28 nm ölçülü özək hissəsi (nukleokapsid) kub simmetriyalıdır, burada hbc-antigeni yerləşir. özək hissənin daxilində dnt, əks transkriptaza fəallığına malik dnt-polimeraza fermenti və hbe-antigen yerləşir. genom həlqəvi formalı, ikisaplı dnt-dən ibarətdir. dnt-nin bir sapı digərinə nisbətən bir qədər qısadır, yəni, dnt molekulu tam ixisaplı deyil. beləlixlə, virusun genom-dnt-si …
4 / 39
antigeni» adlandırılmışdır. hbsantigenlərinin qanda olması bhv ilə yoluxmanı göstərir. hbs-antigenin əmələ gəlməsində qrup spesifik a antigeni və iki cüt xüsusi subdeterminantlar – d/y və w/r iştirak edir. beləlixlə, hbs antigenin 4 antigen fenotipi (adw, ayw, adr, ayr) mövcuddur ki, müxtəlif coğrafı zonalarda müxtəlif fenotiplər yayılmışdır. məsələn, adw abş-da dominant subtipdir. özək hissədə yerləşmiş hbc-antigen qanda sərbəst vəziyyətdə heç vaxt təsadüf edilmir. onu virusla yoluxmuş hepatositlərdə aşkar etmək olar. hbe-antigen özək antigeni olmaqla hbc–antigenin törəməsidir. hbe-antigenlərinin qanda olması virusun hepatositlərdə replixasiyasml göstərir. virusun daha bir antigeni hbx-antigen – şiş transformasiyasma uğramış hepatositlərdə və qanda aşkar edilir. bu antigen şiş supressiyaedici p53 zülalını neytrallaşdıraraq qaraciyərin ilkin xərçənginin inkişafına səbəb olur. bhv reproduksiyasının bəzi mərhələləri kifayət qədər öyrənilməmişdir. hbs-antigen vasitəsilə hepatositlərə adsorbsiya olunduqdan sonra endositoz yolla hüceyrəyə daxil olur. qişalardan azad olmuş virus dnt–si polimeraza fermenti ilə birlikdə hepatositin nüvəsinə daxil olur, burada hüceyrə mənşəli naməlum ferment vasitəsilə genom dnt-nin natamam müsbət zənciri …
5 / 39
eyrənin lizisi nəticəsində xaric olur, yaxud yenidən həmin hüceyrənin nüvəsinə daxil olaraq hüceyrədaxili tsikli davam etdirir. virusun replikasiyası ilə bərabər virus dnt-si sahib hüceyrənin genomuna inteqrasiya olunaraq fraqmentlər şəklində hüceyrə dnt-nin ayrı ayrı sahələrilə birləşir. i̇nteqrasiyadan sonra virus dnt-nin ancaq hbs-antigenə müvafiq sahəsindəki informasiya reallaşa bilir, bu isə hətta virus replikasiya oluna bilmədiyi təqdirdə belə hbs-antigenin sintezini təmin edir. nəticədə qan zərdabında hbs–antigendən ibarət hissəciklərə –diametri təqribən 22 nm olan sferik hissəciklərə və diametri 22 nm, uzunluğu 50-230 nm olan filamentoz hissəciklərə rast gəlinir. reproduksiya kultivasiya bhv toyuq embrionunda və əksər hüceyrə kulturalarmda çoxalmır, ancaq qarciyərin ilkin xərçəng toxumasından alınmış hüceyrə kulturasında, persist infeksiya kimi, sitopatik təsir göstərmədən və virionların çox az miqdarda toplanması ilə kultivasiya olunur. şimpanze, qorilla, oranqutan meymunları virusa həssas olduqlarından onlardan eksperimental model kimi istifadə edilir. bhv ətraf mühit amillərinə və dezinfeksiyaedici maddələrə qarşı yüksək davamlılığa malikdir. 370c-də 1 saat müddətində, qurudulmuş halda 25c-də 1 həftə …

Want to read more?

Download all 39 pages for free via Telegram.

Download full file

About "mikrobiologiya"

презентация powerpoint mikrobiologiya saa: heydər ramil məcid qrup: 619a-1b müəllim: adil bayramov sərbəst iş: virus hepatitlərin mikrobioloji diaqnostikası hepatit viruslar hepatit qaraciyərin iltihabi xəstəliyidir (latınca. hepar-qaraciyər ). hepatitlərin etioloji amilləri müxtəlifdir. onların arasında mikroorqanizmlər, xüsusən viruslar mühüm yer tutur. virus hepatitləri bütün dünya əhalisi arasında geniş yayılmışdır. onlar enteral a və e, parenteral · b, c, d, g və s. hepatitlərinə bölünür. taxsonomik cəhətdən hepatit virusları rnt və dnt tərkibli virusların müxtəlif fəsilələrinin nümayəndələri olsa da, onların hamısını ümumi bir xüsusiyyət - hepatotropluq xüsusiyyəti birləşdirir. hepatit virusları enteral parenteral a e b c d g a hepatit virusu a hepatiti (infeksion sarılıq) çox qədimd...

This file contains 39 pages in PPTX format (4.1 MB). To download "mikrobiologiya", click the Telegram button on the left.

Tags: mikrobiologiya PPTX 39 pages Free download Telegram