qara yara

DOCX 5 pages 17.1 KB Free download

Page preview (5 pages)

Scroll down 👇
1 / 5
qara yara qara yara (anthrax, bədxassəli karbunkul, antraks) – kəskin bakterial antropozoonoz infeksiyadır, intoksikasiya, dərinin seroz-hemorragik iltihabı, limfa düyünlərinin və daxili orqanları- nın zədələnməsi ilə səciyyələnir, dəri və ya septik formada gedir, təbii ocaqlılığa malikdir, sürətlə yayılır və ağır gedişi ilə fərqlənir. etiologiyası. qara yara hələ hippokratın və qalenin dövründən “antrakeza” (yunanca “anthracis” – kömür, dəri xoralı karbunkulun qartmağının qara rəngi) adı ilə məlum idi. şərqdə onu “iran alovu” adlandırmış və dəfələrlə qədim və şərq yazıçı və alimlərinin əsərlərində xatırlanmışdır. “qara yara” (sibir xorası) termininin mənşəyi məlum deyildir. bir hipotezə görə o, rus həkimi s.s.andreyevski tərəfindən təklif olunmuşdur. bu alim özünü yoluxdurmaqla karbunkulun zoonoz təbiətini sübut etmişdir. digər hipotezə görə bu termin sibirdə xix əsrdə dağıdıcı epizootiyalardan sonra geniş istifadə edilməyə başlanmışdır. 1850-ci ildə daven və raye, 1855-ci ildə pollender və brauell ilk dəfə olaraq ölmüş heyvanların qanında və toxumalarında b. anthracis aşkar etmişlər. təmiz kultura 1876-cı ildə r.kox və …
2 / 5
əstəliyin tezliyini və coğrafi yayılmasını təyin edən müxtəlif amillər arasında olan əlaqə) bu bakteriyanın inkişaf tsikli ilə bağlıdır. robertkoxun tədqiqatları ilk dəfə bu dəhşətli xəstəliyin bakterial mənşəli olmasını sübut etdi, onun qara yaraya həsr olunmuş məqalələri 1876–1877-ci illərdə breslau universitetinin patoloqu yuliykonqeymın dəstəyi ilə nəşr olunmuşdur. törədici. bacillusanthracis – bacillus cinsinə bacillaceae ailəsinə aid olan hərəkətsiz qrammüsbət aerob bakteriyadır. xəstəliyin törədicisi, demək olar ki, 1849–1850-ci illərdə eyni vaxtda 3 tədqiqatçı: f.pollender, f.brauell və k.daven tərəfindən aşkar edilmişdir. 1876-cı ildə r.kox onu təmiz kulturada ayırd etdi. i̇nsan üçün patogen olan bütün mikroblar içərisində məhz qara yara törədicisi ilk dəfə aşkar edilmişdir. bugünkü gündə qara yaranın - antraks adı hamı tərəfindən qəbul edilmiş- dir ki, bu da yunancadan tərcümədə “kömür” deməkdir. bu ad xəstəliyin dəri formasında əmələ gələn qartmağın səciyyəvi qara rəngi – kömür rənginə əsasən verilmişdir. qara yaranın törədicisi – antrasis basilidir (bacillusanthracis). o, iri, sporəmələgətirən qram-müsbət çöp olub ölçüsü 5-10 …
3 / 5
ti hava 1400 c temperaturda sporları 2,5-3 saatdan sonra məhv edir. qara yara sporları birbaşa düşən günəş şüalarına qarşı 10-15 sutka ərzində davamlıdırlar. xloramininaktivləşdirilmiş məhlulları, isti formaldehid, hidrogen peroksid də sporosid təsirə malikdir. i̇nfeksiya mənbəyi. qara yarada insan üçün infeksiya mənbəyi qismində otyeyən heyvanlar, o cümlədən iri və xırdabuynuzlu mal-qara, at, dəvə, qoyun, keçi, həmçinin donuzlar iştirak edə bilər. heyvanlarda infeksion proses kəskin başladığı və çox vaxt onların ölümü ilə nəticələndiyi üçün real olaraq heyvanlarla çirklənmiş torpaq, əsas etibarilə onların cəmdəklərinin basdırıldığı yerlər törədicinin başlıca rezervuarına çevrilə bilər. qara yara ilə xəstə insan epidemioloji təhlükə törətmir. i̇nsanın xəstə şəxsdən yoluxmasına dair etibarlı faktlar təsvir olunmamışdır. adi rejimli stasionarlarda xəstələrdən xəstəxanadaxili yoluxma, o cümlədən heyətin yoluxması qeydə alınmamışdır. i̇nsanda 98-99% hallarda dəri forması inkişaf edir ki, bu zaman törədici qartmağın altında qalır və ətraf mühitə çıxa bilmir.yoluxma mexanizmi. qara yara törədicisinin insana ötürülməsi xəstə heyvanla, onun cəmdəyi, heyvani mənşəli infeksiyalaşmış xammal, …
4 / 5
ündür, lakin insanlarda bu yoluxma yolu təsdiqini gözləyir. qara yara aerozolları (hava-toz yolu) ilə yoluxma mümkündür. bu, onunla bağlıdır ki, sporlar quru infeksiyalaşmış heyvan xammalının – yun, heyvanın cod tükü, saç, dəri və s. emalı ilə bağlı olan müxtəlif texnoloji proseslər zamanı havaya düşə bilər. soyuq müharibə dövründə bu yoluxma üsulu (bacillusanthracissporlarından aerozolların süni yaradılması) xüsusilə effektiv hesab olunurdu. həssaslıq. qara yara ilə yoluxmaya qarşı insanların təbii həssaslığı nisbətən yüksəkdir (yoluxma riskinə məruz qalan şəxslərin 20%-nə qədəri xəstələnir) və hava-toz yoluxma yolunda praktik olaraq ümumidir. qara yara ilə insanların yoluxması xarici örtüklərə düşən törədicinin infeksion dozasından, dəri və selikli qişaların tamlı- ğınınpozulmasından asılıdırpatogenez. qara yara törədicisi üçün giriş qapısı, adətən, zədələnmiş dəri sayılır. nadir hallarda basil tənəffüs yollarının və mədə-bağırsaq yolunun selikli qişasından daxil olur. törədicinin dəriyə daxil olma yerində nekroz, yanaşı toxumaların ödemi və regionarlimfadenitlə birgə seroz-hemorragik iltihab ocağı şəklində qara yara karbunkulu əmələ gəlir. yerli patoloji proses qara …
5 / 5
sək olmur, yayılmış (generalizə olunmuş) formada isə 100%-ə çatır.klinikası. qara yara zamanı insanda inkubasiya dövrü cəmi bir neçə saat davam edə bilər, bəzən 8 günə qədər uzanır, əsasən isə 2-3 gün çəkir. xəstəlik məhdud (dəri və visseral) və ya yayılmış (septik) formada inkişaf də bilər.qara yaranın dəri formasına qara yaranın 98-99% hallarında rast gəlinir. ən çox onun karbunkulyoz formasına təsadüf edilir. az hallarda xəstəliyin ödematoz, bulyoz formalarına da rast gəlinir. əsas etibarilə bədənin açıq sahələri zədələnir; karbunkullar başda, boyunda, ağızın və burunun selikli qişasında yerləşdikdə xəstəlik daha ağır gedişə malik olur. adətən, bir karbunkul əmələ gəlir, lakin bəzən onların sayı 10-20 və daha çox ola bilər. i̇nfeksiyanın giriş qapılarının yerində ardıcıl olaraq ləkə, papula, vezikula, xora inkişaf edir. ləkə ağrısızdır, qırmızı-mavi rəngdədir, diametri 1-3 mm, həşəratların dişləməsindən sonra qalan dişləmə yerini xatırladır, bir neçə saatdan sonra mis-qırmızı rəngli papulaya çevrilir. qaşınma və gicişmə hissiyyatı əmələ gəlir. 12-24 saatdan sonra papula …

Want to read more?

Download all 5 pages for free via Telegram.

Download full file

About "qara yara"

qara yara qara yara (anthrax, bədxassəli karbunkul, antraks) – kəskin bakterial antropozoonoz infeksiyadır, intoksikasiya, dərinin seroz-hemorragik iltihabı, limfa düyünlərinin və daxili orqanları- nın zədələnməsi ilə səciyyələnir, dəri və ya septik formada gedir, təbii ocaqlılığa malikdir, sürətlə yayılır və ağır gedişi ilə fərqlənir. etiologiyası. qara yara hələ hippokratın və qalenin dövründən “antrakeza” (yunanca “anthracis” – kömür, dəri xoralı karbunkulun qartmağının qara rəngi) adı ilə məlum idi. şərqdə onu “iran alovu” adlandırmış və dəfələrlə qədim və şərq yazıçı və alimlərinin əsərlərində xatırlanmışdır. “qara yara” (sibir xorası) termininin mənşəyi məlum deyildir. bir hipotezə görə o, rus həkimi s.s.andreyevski tərəfindən təklif olunmuşdur. bu alim özünü yoluxdurmaqla karbunkulu...

This file contains 5 pages in DOCX format (17.1 KB). To download "qara yara", click the Telegram button on the left.

Tags: qara yara DOCX 5 pages Free download Telegram