antigenlər

PPTX 12 pages 265.6 KB Free download

Page preview (5 pages)

Scroll down 👇
1 / 12
powerpoint təqdimatı tələbə:əkbərova suraxanım fakültə:müalicə -profilaktika 1 qrup:119a5a fənn:tibbi mikrobiologiya və i̇mmunologiya mövzu:.antigenlər. antigenlər orqanizmdə bu və ya digər spesifik cavab reaksiyasını (anticisimlərin sintezi, spesifik hüceyrəvi immun reaksiyaları stimula edən genetik yad maddələr antigenlər adlanır. antigenlər ham qarışıqlardan təmizlənmiş kimyəvi təmiz maddələr (məsələn, zərdab albumini, yumurta albumini, təmizlənmiş mikrob toksini və s.), həm də mürəkkəb quruluşlu preparatlar, hüceyrələr, toxumalar, yaxud onların komponentlərindən ibarət ola bilər.antigenlar ilk növbədə zülal tərkibli maddələrdir. lakin, antigenlik xassəsi təkcə zülallara yox, eyni zamanda çoxsaylı mürəkkəb polisaxaridlara, lipopolisaxaridlara, polipeptidlərə və həmçinin bəzi süni polimer birləşmələrə, yəni orqanizmə yad olan bütün üzvü maddələrə maxsusudur. antigenlər başlıca olaraq 4 xüsusiyyətə malikdir: yadlıq- antigenin ayrılmaz xüsusiyyətidir. antigenlər müvafiq orqanizm üçün ilk növbədə yad olmalıdır. məsələn, dovşanın albumini onun üçün antigen ola bilməz, çünki bu maddənin dovşan üçün heç bir yadlıq əlaməti yoxdur. lakin dovşan albumini insan orqanizmi, yaxud digər orqanizmlər, masalan, dəniz donuzları üçün genetik yad olduğundan onlar üçün …
2 / 12
kibində onun antigenliyini təmin edən antigen determinantları, yaxud epitoplar adlandırılan kiçik kimyəvi strukturlar vardır. bunlar anticisimlərin sintezini induksiya edir və onlarla birləşirlər. i̇mmunogenlik antigenin immunitet amala goturmak (formalaşdırmaq) qabiliyyətidir. i̇mmunogenlik dərəcəsi bir sira amillərdən antigenin molekulyar quruluşundan va makroorqanizmin reaktivliyindən asılıdır. antigenin orqanizmə daxil olma və onun kənarlaşdırılması dinamikası onun immunogenliyində mühüm rol oynayır. i̇mmun cavabin intensivliyinin antigenin yeridilmə üsulundan asılı olması yaxşı məlumdur. bu xüsusiyyət vaksinasiya və immunizasiyada nəzərə alınır, bəzi vaksinlər dəri altına, bəziləri əzələ daxilinə, digərləri isə peroral yolla tayin edilir. antigenin miqdarı da immun cavaba təsir edir: o, nə qədər çoxdursa, immun cavab da bir o qədər yüksək olur. lakin antigenin həddən artıq böyük dozası əks reaksiya immunoloji tolerantlıq törədir antigenlik immunogenlik anlayışları arasında fərqlər mövcuddur. məsələn, bakterial dizenteriyanın törədiciləri yüksək antigenliyə malikdir, lakin onların vasitəsilə bu xəstəliyə qarşı kifayət qədər immunitet formalaşmır, haptenlər, yaxud yarım antigenlər kifayət qədər antigenliyə malik olsalar da, immunogenliyə malik deyillər. …
3 / 12
ə fərqli cavab verirlər. antigenə qarşı daha yüksək immun cavab təmin etmək üçünadyuvantlar adlandırılan maddələrdən istifadə olunur. onlar kimyovi cəhətdən immunogen deyil, bununla belə, immunokompetent hüceyrələrə qeyri-spesifik təsir edərək onların fəaliyyətini stimullaşdırır, antigenin fiziki-kimyəvi xassələrindən, onun yeridilma şəraitindən, makroorqanizmin reaktivliyi və reaksiyasının xarakterindən asılı olaraq immunogenlər, tolerogenlər və allergenlər ayırd edilir.i̇mmunogenlər orqanizmə daxil olduqda immunitet amillərinin (anticisimlərin, antigenreaktiv limfositlər klonunun) hasilatı ils nəticələnən produktiv immun reaksiyaları induksiya etmək qabiliyyətina malikdirlər. tolerogenlər immunogenin əksinə olaraq orqanizmda tolerantlıq, yaxud areaktivlik törədir. tolerogen molekulu monomerliyə, kiçik molekul kütləsinə, epitopların yüksək sıxlığına malik olaraq yüksək dispersliyi ilə fərqlənir. bunlardan immunoloji konfliktlərin və allergiyanın müalicəsində müəyyən antigenlərə qarşı areaktivlik yaratmaq üçün istifadə edilir.allergenlar öz xassələrinə görə immunogenlərdən fərqlənmir, onlar orqanizmdə ani va ya lang tipli yüksək həssaslıq reaksiyaların formalaşmasına səbəb olur. diqqətinizə görə təşəkkürlər! image1.jpeg image2.jpeg image3.jpeg image4.jpeg /docprops/thumbnail.jpeg
4 / 12
antigenlər - Page 4
5 / 12
antigenlər - Page 5

Want to read more?

Download all 12 pages for free via Telegram.

Download full file

About "antigenlər"

powerpoint təqdimatı tələbə:əkbərova suraxanım fakültə:müalicə -profilaktika 1 qrup:119a5a fənn:tibbi mikrobiologiya və i̇mmunologiya mövzu:.antigenlər. antigenlər orqanizmdə bu və ya digər spesifik cavab reaksiyasını (anticisimlərin sintezi, spesifik hüceyrəvi immun reaksiyaları stimula edən genetik yad maddələr antigenlər adlanır. antigenlər ham qarışıqlardan təmizlənmiş kimyəvi təmiz maddələr (məsələn, zərdab albumini, yumurta albumini, təmizlənmiş mikrob toksini və s.), həm də mürəkkəb quruluşlu preparatlar, hüceyrələr, toxumalar, yaxud onların komponentlərindən ibarət ola bilər.antigenlar ilk növbədə zülal tərkibli maddələrdir. lakin, antigenlik xassəsi təkcə zülallara yox, eyni zamanda çoxsaylı mürəkkəb polisaxaridlara, lipopolisaxaridlara, polipeptidlərə və həmçinin bəzi süni polime...

This file contains 12 pages in PPTX format (265.6 KB). To download "antigenlər", click the Telegram button on the left.

Tags: antigenlər PPTX 12 pages Free download Telegram